Azərbaycanlı futbolçu Nəriman Axundzadə klubunu dəyişib.
Offsideplus.az xəbər verir ki, o, ABŞ-də çıxış etdiyi "Kolumbus Kru" klubundan ayrılıb.
Onun yeni ünvanı Türkiyənin "Erzurumspor" klubudur. Türkiyə təmsilçisi rəsmi hesabından açıqlama verərək, bu transferi təsdiqləyib.
Futbolçu Erzuruma çatdıqdan sonra tibbi müayinədən keçirərək, rəsmi müqavilə imzalanacaq.


