Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını Rusiyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı forvard "Soçi" klubu ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, o, 2026/27 mövsümünün sonunadək bu komandanın şərəfini qoruyacaq. Şeydayev yeni klubunda 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, təcrübəli hücumçu karyerası ərzində "Qarabağ", "Zenit", "Jilina", "Neftçi", "Kocaelispor" və "Buriram Yunayted" kimi klublarda çıxış edib.