"Fənərbağça" Futbol Şöbəsinin Məsul Şəxsi Cihan Kamer kritik transfer danışıqları aparmaq üçün İspaniyanın paytaxtı Madridə yola düşüb.

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in gənc ulduzu Endrikin transferi "Fənərbağça"ya təklif olunub.

Bu sayahət barədə detallar:

  • Bir çox görüş keçiriləcək: Cihan Kamer İspaniyada bir neçə futbolçunun meneceri və onların klub yetkililəri ilə masaya əyləşəcək.

  • Endrik masadadır: "Real Madrid"də kifayət qədər şans qazanmayan 19 yaşlı braziliyalı ulduz Endrik "Fənərbağça"ya təklif edilən adlar arasındadır.

  • Aleksander Serlot hədəfdə: İstanbul təmsilçisi İspaniyada həmçinin Superliqanı yaxşı tanıyan norveçli hücumçu Aleksander Serlot üçün də rəsmi temaslar həyata keçirəcək.

"Fənərbağça" rəhbərliyinin bu səfərdən sonra hücum xəttinə hansı ulduz futbolçunu qatacağı azarkeşlər tərəfindən həyəcanla gözlənilir.