"Turan Tovuz" Türkiyədəki təlim-məşq toplanışında son yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi Ankara hazırlığı çərçivəsində Türkiyənin "Gənclərbirliyi" komandası ilə üz-üzə gəlib və rəqibini 4:0 hesabı ilə məğlub edib. Qələbə qollarını Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev vurublar.

Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl İranın U-21 millisi və Türkiyənin "Fatih Karagümrük" komandası ilə keçirdiyi görüşlərdə 1:1 hesablı heç-heçəyə razılaşıb. Bölgə təmsilçisi digər yoxlama matçında isə Türkiyənin "Iğdır" klubunu 1:0 hesabı ilə məğlub edib.