"Real Madrid"in sabiq oyunçusu və baş məşqçisi Xorxe Valdano FİFA prezidenti Canni İnfantino barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Valdano İnfantinonun Donald Trampa sülh mükafatını təqdim etməsini kəskin tənqid edib. "Ona bağışlaya bilmirəm ki, Trampa sülh mükafatını təqdim etdi, xüsusilə də bunu futbol adından etdi. İnfantinonu çoxdan tanıyıram və onun başına da bir çoxları kimi hakimiyyət təsir edib", – deyə Valdano bildirib.


