Kley Tompsonun "Dallas Maveriks"dəki gələcəyi hələ də sual altındadır.

Offsideplus.az xəbər verir ki, "Maveriks" rəhbərliyi 36 yaşlı müdafiəçinin mümkün transferi üçün bazarı araşdırır, lakin hələlik klubu qane edəcək təklif tapılmayıb.

Bildirilir ki, Tompson özü uşaqlığının bir hissəsini keçirdiyi və hazırda da evinin olduğu Los-Ancelesə qayıtmağa qarşı deyil.

O, 2024-cü ilin yayında "Dallas"la müqavilə imzalamazdan əvvəl də "Los Anceles Leykers"ə keçidi nəzərdən keçirib. Hazırda isə "Leykers" və "Maveriks" arasında mümkün transferlə bağlı heç bir danışıqlar aparılmır.

Tompsonun karyerasını davam etdirə biləcəyi digər ehtimal kimi "Mayami Hit" də göstərilir. Məlumata görə, dördqat NBA çempionunu transfer etmək istəyən klublar arasında "Hit"in adı tez-tez hallanır.