Almaniyanın "RB Leypsiq" klubunun icraçı direktoru gənc futbolçu Yan Diomandenin "Real Madrid"ə transfer olunması ilə bağlı yayılan məlumatları qətiyyətlə təkzib edib.

Offsideplus.az xəbər verir ki, klub rəsmisi məşhur insayder Fabrisio Romanonun (Fabrizio Romano) ənənəvi "Here We Go" (Transfer bitdi) elanına münasibət bildirərək deyib:

"Bəzi özünü "transfer eksperti" adlandıran şəxslərin bir neçə gün əvvəl anlaşmanın tamamlandığını iddia etməsi və ya 'HERE WE GO' elan etməsi tamamilə yalandır. Bu xəbərlər sadəcə olaraq HƏQİQƏTİ ƏKS ETMİR. Biz hələ ki həmin mərhələdə deyilik."

Bu açıqlama ilə Almaniya təmsilçisi gənc ulduzun "Real Madrid"ə keçidinin hələ ki rəsmiləşmədiyini və danışıqların yekunlaşmadığını bəyan etmiş oldu.