"Neftçi" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" yunanıstanlı mütəxəssis Konstantinos (Kostas) Vasiliadis ilə anlaşıb. 42 yaşlı baş məşqçi ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalanıb.
Zəngin oyunçu karyerasına sahib olan Vasiliadis zamanında "Olimpiakos", PAOK, "Unikaxa Malaqa", "Anadolu Efes" və "Bilbao Basket" kimi Avropanın iddialı klublarında çıxış edib.
Qeyd edək ki, yunan mütəxəssisin son iş yeri İspaniyanın "Lusentum Alikante" (2025–2026) klubu olub.


