"Barselona" basketbol klubu yeni idman direktoru vəzifəsinə Xevi Pujolun təyinatını rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı funksioner Kataloniya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Xevi Pujol bu posta "Baskoniya"dan gəlib. O, ötən mövsüm Vitoria klubunda texniki katib kimi çalışaraq İspaniya Kral Kubokunun qazanılmasında pay sahibi olub.
Daha əvvəl 5 mövsüm "Manresa"nın idman direktoru olan Pujol, 2024/25 mövsümündə İspaniya Liqasının ən yaxşı idman direktoru seçilib.


