Keçmiş UFC çempionu Daniel Kormye İslam Maxaçev və İan Gerri arasında baş tutacaq qarşılaşmada ilk raundun əsas rol oynayacağını bildirib.

Offsideplus.az xəbər verir ki, Kormye bu döyüşün hər iki idmançı üçün çətin keçəcəyini deyib. Onun sözlərinə görə, döyüşün taleyi ilk raunddan asılı olacaq: "Əgər Gerri ayaqda qalmağı bacarsa, döyüş Maxaçev üçün uzun çəkə bilər. Lakin Maxaçev tez bir zamanda rəqibini yerə sala bilsə, üstünlük onun tərəfində olacaq. Gerri bu çəki dərəcəsi üçün iri idmançıdır, boyu hündürdür, çevikdir və 25 dəqiqə ərzində hərəkətdə qala bilir. Bu amillər Maxaçev üçün problemlər yarada bilər. Gerri onun qarşısında hərəkətsiz dayanmayacaq".

Qeyd edək ki, Maxaçev və Gerri arasındakı döyüş 16 avqustda UFC 330 turnirində keçiriləcək.