UFC-nin sabiq çempionu Şon Striklend avtomobil istehsalçısı Tesla barədə sərt fikirlər səsləndirib. O, bu markanın keyfiyyət baxımından bazarda ən zəif avtomobillərdən biri olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Striklend sosial şəbəkədə belə yazıb: "Əgər avtomobillərin 'dollar qarşılığında keyfiyyət' göstəricisi olsaydı, Tesla tarixdə istehsal olunan ən pis maşın olardı. Bu, sürətli, plastikdən ibarət, özü idarə olunan bir yığın tullantıdır və yalnız avtomobilini atmağa imkanı olanlar üçün nəzərdə tutulub". Striklend əlavə edib: "Əgər döyüşlər olmasaydı, yəqin ki, seriyalı qatil olardım".