UFC döyüşçüsü Şarabutdin Maqomedov ("Şara Bullet") növbəti döyüşünü oktyabr və ya noyabr ayında keçirmək arzusunda olduğunu deyib. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, son qarşılaşmalarda tempini gec tapır və buna görə də beş raundlu döyüşə çıxmaq istəyir.

Şara Bullet açıqlamasında bunları deyib:

"Növbəti döyüşümü oktyabr və ya noyabrda keçirmək istərdim. Son döyüşlərdə tempimi gec tapıram, buna görə də beş raund döyüşmək istəyirəm. Əgər qarşılaşmalarım beş raund olsaydı, hamısını vaxtından əvvəl bitirərdim. Elə döyüşlər olub ki, rəqibləri xilas edən vaxt olub. Onları tam tükəndirmişdim, sadəcə bitirmək qalırdı, amma vaxt bitirdi. Ən maraqlı döyüş isə məncə, Maykl Peyc və Israel Adesanya ilə ola bilər".