UFC prezidenti Dana Uayt İspaniyada UFC turnirinin təşkil olunmamasının səbəblərinə aydınlıq gətirib. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, təşkilat İliya Topuriyanın iştirakı ilə bu ölkədə tədbir keçirmək istəsə də, müəyyən çətinliklər var.

Dana Uayt bu barədə zarafatla danışıb:

"İspaniyada nömrəli turnir və ya Fight Night keçirmək asan deyil, yoxsa biz bunu artıq edərdik. İspaniyaya daxil olmaq asandır, elə deyilmi? Amma biz bu məsələdə çətinliklərlə üzləşmişik. Üzr istəyirəm".

Qeyd edək ki, İspaniyada miqrasiya böhranı davam edir.