"Turan Tovuz" klubu "Fənərbağça" ilə yoldaşlıq matçı keçirəcək.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakıda "sarı-lacıvərdlilər"in prezidenti Aziz Yıldırımla görüşüb.

Görüşdə tərəflər komandalar arasında yoldaşlıq oyununun növbəti milli fasilə dövründə təşkil olunması barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər iki klub arasında gələcək əməkdaşlıq perspektivlərini və birgə layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.