İspaniyanın gənclərdən ibarət milli komandasının qapıçısı Fran Qonsales "Real Madrid"dən "Sevilya"ya keçib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı qapıçı ilə Andalusiya klubu 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb. Transferin məbləği açıqlanmayıb. "Transfermarkt "portalı Qonsalesin bazar dəyərini 3 milyon avro olaraq göstərir.
Fran Qonsales "Real Madrid"in yetirməsidir və 2024-cü ildə klubun heyətində UEFA Superkubokunu qazanıb. O, həmçinin İspaniya U-19 yığmasının tərkibində Avro-2024-ün qalibi olub.
Son iki mövsümdə qapıçı "Kastilya"da çıxış edib və 2024/25 mövsümündə La Liqada bir oyunda meydana çıxıb.


