“İnanıram ki, növbəti yarışlarda nəticələrimiz daha yaxşı olacaq".

Offsideplus.az xəbər verir ki, bu sözləri azərbaycanlı sərbəst güləşçi İbrahim Həsənov (51 kq) jurnalistlərə açıqlamasında deyib.

Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan idmançı çıxışını dəyərləndirib:

"Medalsız qalmadım, ancaq qarşılaşmaya qızıl medal qazanmaq üçün getmişdim. Görüş zamanı bir sıra  səhvlər oldu. Buna görə də məğlub oldum. Təəssüf ki, digər sərbəst güləşçilərimiz mükafat qazana bilmədilər. İstəyirdim ki, qazanacağım qızıl medalla onların hər birinin başını uca edim. Təəssüf ki, istəyimi həyata keçirə bilmədim”.

Qeyd edək ki, İbrahim Həsənov finalda iranlı Benyamin Mayvanaya məğlub olub.