"Alpin"in icraçı məsləhətçisi Flavio Briatore "Formula-1" komandalarının dəyərinin son illərdə kəskin artmasından danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli funksioner bu barədə bunları söyləyib:

"90-cı illərdə "Benetton"dakı payımı satanda komandanın qiyməti 80 milyon dollar idi. İndi isə 3,5-4 milyard dollardan danışırlar. Maliyyəçilər 3-4 ildən sonra F1 komandalarının 10 milyard dollar olacağını proqnozlaşdırırlar. Dəqiq bilmirəm, amma komanda mənim olsaydı, artıq satmışdım (gülür).

"Alpin"in dəyəri isə 2,45 milyard yox, ən azı 3,5 milyard dollardır. Bu da bütün "Reno" qrupunun dəyərinin (8,3 milyard dollar) təxminən 40-50 faizi deməkdir".