"Kəpəz" heyətini moldovalı futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, komanda 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Viktor Stinanı heyətə qatıb.
Müqavilənin şərtləri hələ açıqlanmayıb.
Qeyd edək ki, futbolçu "Zimbriu Kişinyov" yetirməsidir və son olaraq "Bnei Yehuda" klubundan məhz "Zimbriu Kişinyov" klubuna qayıtmışdı.


