Bam Adebayo "Mayami Hit"in heyətindəki ciddi dəyişikliklərdən sonra liderlik üslubunu tənzimləməli olacağını bildirib. Klub yay fasiləsində təcrübəli oyunçulara üstünlük verərək heyətini Yannis Antetokounmpo, Bobbi Portis və Tim Harduey ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Adebayo veteranlarla işləməyin gənc basketbolçularla müqayisədə fərqli olacağını vurğulayıb: "Liderliyin mahiyyəti odur ki, kiməsə təsir etmək istəyirsənsə, onu yarı yolda qarşılamalısan. Ona görə də mən oyunçulara uyğunlaşacaq və onların hazırda olduğu vəziyyətdən çıxış edəcəyəm. Bu tamamilə fərqli situasiyadır, çünki əvvəllər gənc oyunçulara NBA-dəki incəlikləri öyrətməyə çalışırdın, indi isə artıq illərdir liqada çıxış edən veteranlar yanındadır. Düşünürəm, söhbətlər daha asan olacaq və biz məsələnin mahiyyətinə daha tez gələcəyik".


