İspaniyanın "Real Madrid" klubunun heyətinə qatmaq istədiyi Yan Diomandenin transferi hüquqi maneə ilə üz-üzə qalıb.
Offsideplus.az xəbər verir ki, məsələnib təfərrüatları bu cürdür:
- Menecer qalmaqalı: Futbolçunun keçmiş meneceri Maks Qradel (Max Gradel) Diomande ilə rəsmi müqavilələrinin hələ də quvvədə olduğunu bəyan edib.
- İcazəsiz danışıqlar: Qradelin sözlərinə görə, oyunçunun yeni meneceri ondan icazə almadan və hüquqi prosedur qaydalarını pozaraq "Real Madrid" rəhbərliyi ilə razılıq əldə edib.
- Hüquqi risk: Əgər Maks Qradelin iddiaları hüquqi müstəvidə təsdiqini taparsa, "Real Madrid" yarana biləcək sanksiyalardan yayınmaq üçün transferi dondurmaq və ya tamamilə ləğv etmək məcburiyyətində qalacaq.


