İtaliyanın "Komo" klubu azarkeşləri üçün olduqca ciddi və maraqlı bir qayda tətbiq etməyə başlayır.

Offsideplus.az xəbər verir ki, ​qərarın təfərrüatları bu cürdür:

  • ​Abonementlərin ləğvi: Keçərli və üzrlü bir səbəb olmadan komandanın evdəki 3 matçını buraxan mövsümlük bilet (abonement) sahiblərinin üzvlüyü və abonementi klub tərəfindən birbaşa ləğv olunacaq.
  • ​Qərarın səbəbi: Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan İtaliya təmsilçisi evdə keçiriləcək hər bir qarşılaşmada stadionun tamamilə dolu olmasını və tribunalarda boş yer qalmamasını təmin etmək istəyir.