Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal əldə edib.
Offsideplus.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə iranlı Benyamin Mayvana 1:5 hesabı ilə məğlub olaraq yarışı ikinci pillədə başa vurub.
Beləliklə, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 gümüş medalla tamamlayıb.
Bundan əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala layiq görülüblər.


