"Mayami Hit"in ulduz mərkəz oyunçusu Bam Adebayo LeBron Ceymsin "Hit"ə deyil, "Filadelfiya Seventi Siksers"ə qoşulmasına görə incimədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Adebayo bu barədə belə danışıb: "LeBronla münasibətimiz əladır, o mənim üçün qardaş kimidir. Biz Olimpiadada birgə oynamışıq, amma bundan əvvəl də aramızda səmimi söhbətlər olub. Onun üçün yalnız ən yaxşısını arzulayıram və seçimindən məmnunam". Qeyd edək ki, LeBron Ceyms və Bam Adebayo ABŞ millisinin heyətində Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar.