Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bu tədbirdə "Qarabag"ın növbəti raunddakı potensial rəqibi bəlli olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandas; bu mərhələyə yüksəlmək üçün ilk növbədə "Dinamo" (Kiyev) səddini aşmalıdır.

Ağdam təmsilçisinin potensial rəqibləri bu komandalardır:

"Xetafe" (İspaniya)

"Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün qalibi

"Beytar" (İsrail) - "Avstriya" (Avstriya) cütünün qalibi

"Makkabi" (Tel-Əviv, İsrail) - ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu