Rik Branson hazırda "Nyu-York Niks"də köməkçi məşqçi kimi çalışır və oğlu Ceylen Bransonu da məhz burada məşq etdirir. O, ailə münasibətlərinin meydançadakı peşəkar münasibətlərlə necə uzlaşdığını izah edib.
Offsideplus.az xəbər verir ki, Branson bildirib: "Bizim bir qaydamız var və bu, Coş Hart üçün də keçərlidir: meydançada mənə istədiyin kimi davranmaq olar, amma meydançadan kənarda mən atayam və qaydalarımı tətbiq edirəm".


