"Sabah" və "Qarabağ" eyni futbolçuya "elçi düşüb".
Offsideplus.az xəbər verir ki, hər iki klubumuz "Lester"in futbolçusu Hamza Çouduri ilə maraqlanır.
Banqladeşli futbolçunun "tülkülər"lə müqaviləsi gələn ilin yayında başa çatır.
"Sabah" bu transferdə bir addım öndədir.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu "Lester"in heyətində 163 oyuna çıxıb və 3 qol vurub.


