Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, Azərbaycanı təmsil edən "Sabah"ın da potensial rəqibləri məlum olacaq.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
'Bayquşlar"ın Danimarkanın "Orxus" klubunu keçsə, "Srvena Zvezda" (Serbiya) - "Hapoel Beer-Şeva" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
"Sabah" "Orxus"la bacarmasa isə, Avropa Liqasının pley-off mərhələsində "Harts" - "Benfika" cütünün qalibinə rəqib olacaq.


