"Milan" yeni hücumameyilli yarımmüdafiəçi axtarışını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "Genk"dən "Borussiya Dortmund"a keçən Konstantinos Karetsasın transferinin baş tutmamasından sonra "rossoneri" təkcə "Arsenal"ın futbolçusu İtan Nvaneri ilə deyil, həm də "Roma"dan Matias Soule və "Real Madrid"in yarımmüdafiəçisi Brahim Dias ilə maraqlanır.
B. Dias 2020-2023-cü illər aralığında icarə əsasında üç mövsüm "Milan"da çıxış edib. Qeyd edək ki, Mərakeş millisinin 27 yaşlı oyunçusunu "Yuventus" da izləyib, lakin sonda "Bayer"in hücumçusu Kerim Alaybegoviçi transfer edib.


