Kay Haverts "Arsenal"ın qarşıdakı mövsümdə bütün titulları qazanmaq istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu London klubunun ötən mövsüm Premyer Liqada çempionluq yaşadığını xatırladıb və komandanın daha yüksək səviyyəyə çıxmalı olduğunu vurğulayıb.

"Düşünürəm ki, biz daha irəli getməliyik. Digər komandaların necə inkişaf etdiyini görürsünüz, buna görə də yenidən yeni səviyyəyə çıxmalıyıq. Bunun üçün buradayıq, məşq edirik, bu yoxlama oyunlarını keçiririk ki, mövsümdə məqsədlərimizə çataq. Fikrimcə, bütün titulları qazanmaq istəyirik. Son bir neçə mövsümdə çox şeyi əldən verdik. İndi Premyer Liqanı qazandıq, amma daha böyük uğurlar əldə edə bilərik. Bunun üçün yeni səviyyəyə çıxmalıyıq. Mövsümün nə qədər uzun olduğunu və turnirlərin nə qədər çətin keçdiyini bilirik. Yeni mövsümdə daha yaxşı çıxış etmək və yenidən uğur qazanmaq istəyirik", – deyə Haverts qeyd edib.