Xamzat Çimayevin Şon Striklendlə döyüşdən əvvəl çəki salma prosesində yaşadığı çətinliklərin səbəbi məlum olub. "Axmat" döyüş klubunun prezidenti Murad Biçuyev bildirib ki, əvvəlcə Çimayevin Yiri Proxazka ilə yarım ağır çəki dərəcəsində döyüşməsi planlaşdırılıb və buna görə də idmançı əsasən bədən kütləsini artırmağa fokuslanıb.
Offsideplus.az xəbər verir ki, daha sonra ona Striklendlə orta çəki dərəcəsində döyüşməli olduğu bildirilib. Biçuyevin sözlərinə görə, bu dəyişiklik az vaxtda baş verdiyindən, komanda gözləniləndən daha çox problemlə üzləşib. Xatırladaq ki, Çimayev UFC 328 turnirində Striklendə hakimlərin bölünmüş qərarı ilə uduzub və karyerasında ilk məğlubiyyətini alıb.


