Təcrübəli mütəxəssis Lui van Qal Niderland milli komandasına yenidən baş məşqçi təyin olunmağa hazır olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, 74 yaşlı çalışdırıcı Niderland Kral Futbol İttifaqı ilə danışıqlara başlamağa razılıq verib. O, həmçinin başqa bir ölkənin yığmasında işləmək ehtimalını da istisna etmir. Bununla belə, van Qal yalnız federasiya ona layihəsini təqdim etdikdən sonra qayıdışı nəzərdən keçirəcək.
Qeyd olunur ki, van Qalın səhhətində artıq problem yoxdur və o, özünü "heç vaxt olmadığı qədər yaxşı" hiss edir. Xatırladaq ki, 2022-ci ilin yazında van Qal prostat vəzi xərçəngindən müalicə aldığını açıqlamışdı. O, daha əvvəl Niderland yığmasına 2000-2001, 2012-2014 və 2021-2022-ci illərdə rəhbərlik edib.


