"Sumqayıt" daha bir transferini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi braziliyalı hücumçu Jeam Oliveyranı heyətinə cəlb edib.
31 yaşlı hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Fortaleza" klubunun yetirməsi olan Oliveyranın son komandası Braziliya "Kaşias"ı olub.


