"Zirə" klubu futbolçusu Brahim Konate ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Konate ötən ilin yayında "qartallar"a transfer olmuşdu. O, burada 34 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.