UFC döyüşçüsü Maykl Morales hesab edir ki, İslam Maxaçev 16 avqustda keçiriləcək UFC 330 turnirində İan Gerri üzərində qələbə qazanacaq.
Offsideplus.az xəbər verir ki, Morales bu barədə belə danışıb: "Gerrinin Maxaçevə qarşı heç bir şansı yoxdur. İslamı yalnız güclü zərbələri olan döyüşçü dayandıra bilər. Mən Maxaçevə tam əminəm. Onun planı bəllidir – əvvəlcə zərbələr endirəcək, sonra isə təslim etməyə çalışacaq. O, parterdə vəziyyəti mükəmməl idarə edir. Fikrimcə, beş raundun hamısını orada keçirəcək və ya döyüşü vaxtından əvvəl bitirəcək. Mən çempionla döyüşmək istəyirəm. Ehtiyat döyüşçü statusu mənə kəmərə iddialı olduğumu göstərmək imkanı verir. Maxaçevlə döyüşmək qorxulu olsa da, buna hazıram".
Qeyd edək ki, Maykl Morales Maxaçev və Gerri arasındakı qarşılaşmada ehtiyat döyüşçü olacaq.


