Almaniyanın "Borussiya Dortmund" klubu Konstantinos Karetzasın transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı yunan yarımmüdafiəçi ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.

Transferin ümumi məbləği bonuslarla birlikdə 32 milyon avro təşkil edir.

Ötən mövsüm Belçika çempionatında Karetzas "Genk"in heyətində 34 oyunda iştirak edib və 10 məhsuldar ötürmə ilə komandanın ən yaxşı assistenti olub.