"Los Anceles Leykers"in rəhbərliyindən olan şəxs mətbuata açıqlamasında Uoker Kesslerin komandanın hər iki istiqamətdə gücləndirəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi Kesslerin müdafiədə əsas dayaqlardan olacağını vurğulayıb:
"Bizə müdafiədə etibarlı oyunçu lazım idi. Uoker həm səbəti qorumağı, həm də ribaund toplamağı bacarır. Bu iki bacarıq təkcə müdafiəmizə yox, hücumumuza da təkan verir. Keçən mövsüm ribaund uğrunda bütün komanda mübarizə aparmalı olurdu. Bu il Uoker bizə topu qazanıb sürətli hücumlara çıxmaqda kömək edəcək. Hücumda isə düşündüyümüzdən daha yaxşıdır. Rəqib meydançasında epizodları uğurla tamamlayır, orta məsafədən atışları da inkişaf edir. Luka Donçiç, Ostin Rivz, Kollin Sekston və Kventin Qraymsla pikenroll oyunlarında da özünü yaxşı göstərəcək".
Qeyd edək ki, U. Kessler NBA-də keçirdiyi 4 mövsümdə orta hesabla 9,5 xal, 9,3 ribaund və 2,4 blokşutla yadda qalıb.


