Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu model Corcina Rodriqeslə keçiriləcək toyuna UFC-nin keçmiş çempionları Konor Makqreqor və Habib Nurmaqomedovu dəvət edib.

Offsideplus.az xəbər verir ki, dəvətlilər siyahısında musiqiçilər Dreyk, Riana və Cenifer Lopes, bloger IShowSpeed və aparıcı Pirs Morqan da yer alıb.

Ronaldu və Corcina Rodriqesin toyu 8 avqustda Madeyra adasında, Funşal kilsəsində baş tutacaq.

Tədbirin davamı beşulduzlu "Savoy Palace" hotelində keçiriləcək.