Amerikalı bloger və MVP təşkilatının sahibi Ceyk Pol MMA qaydaları ilə döyüş keçirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, yaxın bir neçə ay ərzində sparrinqlərə başlamağa hazır olacaq. Çənəsinin sağalmaqda olduğunu deyən Pol, bu il rinqə qayıdacağına və MMA ilə məşğul olacağına ümid etdiyini vurğulayıb.
Ceyk Pol güləş üzrə birinci divizionda təcrübəsinin olduğunu qeyd edib:
"MMA döyüşçülərinin güləşini görəndə utanıram. Onlar Ohayo ştatının məktəb birinci divizionunda bir dəqiqə belə dözə bilməzdilər".
Qeyd edək ki, onun rəhbərlik etdiyi MVP təşkilatı PFL liqasını alıb.
Ceyk Pol daha əvvəl Neit Diasla döyüşmək istədiyini açıqlamışdı. O, həmçinin bildirib ki, Habib Nurmaqomedov PFL kəmərini ondan almayıb, əksinə, özü Habibə kəməri götürməyi təklif edib.


