ÇSKA (Sofiya) ilə oyunda zədələnən "Qarabağ"ın hücumçusu Zakaria Savonun durumu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu 8 həftə meydanlardan uzaq qalacaq. 

Yay transfer pəncərəsində "Qarabağ"ın ilk transferlərindən olan Savo 4 rəsmi oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Onun Ağdam təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.