Braziliyanın "Korintians" klubunda çıxış edən Niderland milli komandasının hücumçusu Memfis Depay müqaviləsinin uzadılması üçün rəhbərliyə inanılmaz şərtlər irəli sürüb.
Offsideplus.az xəbər verir ki, mətbuatda yayılan son iddialara görə, 32 yaşlı ulduz futbolçunun tələbləri klub rəhbərliyini təəccübləndirib:
Depayın müqavilə şərtləri:
-
%50 Kommersiya payı: Depay klubun ev oyunlarını keçirdiyi "Neo Química Arena" stadionunda təşkil olunan bütün kommersiya tədbirlərindən və konsertlərdən əldə edilən gəlirin 50 faizini tələb edir.
-
Xüsusi VIP süit: Futbolçu stadionda özü və yaxınları üçün tamamilə özəl vip süit ayrılmasını istəyib.
-
Şəxsi tədbirlər üçün icazə: Təcrübəli hücumçu şəxsi tədbirləri və layihələri üçün stadiondan sərbəst istifadə hüququ tələb edir.
Bu qeyri-adi tələblərdən sonra tərəflər arasında müqavilənin uzadılması danışıqlarının necə yekunlaşacağı böyük maraq doğurur.


