"Detroyt Pistons" Ceylen Dürenlə yeni müqavilə barədə danışıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, tərəflər hələlik razılığa gələ bilməyib. Klub 22 yaşlı mərkəz oyunçusuna illik 35-38 milyon dollar civarında əməkhaqqı təklif etməyə hazır olsa da, gənc basketbolçu maksimal müqavilə tələb edir.
Ötən mövsüm "All-Star"a seçilən və NBA-da simvolik heyətlərə düşən basketbolçu 5 illik, ümumi dəyəri 287,1 milyon dollar olan maksimum sözləşməyə iddialıdır.
Lakin "Pistons" rəhbərliyi maliyyə çevikliyini qorumaq üçün bu məbləği ödeməyə tələsmir.


