"Fənərbağça" İsmaila Sarrın transferinə bir addım da yaxınlaşıb.
Offsideplus.az xəbər verir ki, Türkiyə klubu "Kristal Palas"la razılıq əldə etmək üçün təzyiqi artırıb.
İnsayderlərin məlumatına görə, İstanbul təmsilçisi seneqallı vingerin özündən artıq "hə" cavabı alıb. İndi əsas məsələ İngiltərə klubu ilə razılığa gəlməkdir.
"Sarı-lacivərdlilər"in bu keçiddə sürəti artırmasına səbəb Rafael Leaonun "Fənərbaxça"nın layihəsinə "yox" cavabı verməsi olub.


