Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün start götürüb.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə yeganə qarşılaşma baş tutub.
"Zirə" "Sumqayıt"ı qəbul edib.. Tərəflər arasındakı ilk matçda qapılara qol vurulmayıb.
Azərbaycan Kuboku, 1/4 final cavab oyunu
3 mart (çərşənbə axşamı)
19:00 “Zirə” 2:0 “Sumqayıt” (ilk matç - 0:0)
Qollar: Davit Volkov (28'), Ceyhun Nuriyev (88')
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu


