İspaniya La Liqasında 26-cı tur başa çatıb.

Offsideplus.az xəbər verir ki, qapanış matçında "Real Madrid" "Xetafe"ni qəbul edib.

Görüşdə yeganə qolu qonaqların futbolçusu Martin Satriano vurub.

"Kral klubu" ardıcıl 2-ci oyunda məğlub olub. Onlar lider "Barselona"nın 4 xal gerisinə düşüb.

"Xetafe" isə 32 xalla 11-ci yerdədir.

Görüşün icmalını sizə təqdim edirik: