La Liqada "Real Madrid" evdə "Xetafe"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra ara qarışıb. Belə ki, "Xetafe"nin ulduzu Nyom" Real Madrid" zonası tərəfə yaxınlaşıb və "Çox yaxşı oyun oldu" - deyərək rəqibi qıcıqlandırıb.
"Real"ın heyətindən isə Vinisius və Militao buna dözməyərək Nyom ilə mübahisə etməyə başlayıb.
Qeyd edək ki, mübahisəyə səbəb ilk oyuna gedib çıxır. Həmin oyunda Nyom 76-cı dəqiqədə oyuna daxil olmuş və 77-ci dəqiqədə qırmızı vərəqə alaraq oyundan çıxarılmışdı. Həmin an Vinisius ona "Yaxşı qırmızı vərəqə oldu" - deyərək lağ etmişdi.


