“Real Madrid” klubunda Kilian Mbappenin diz zədəsi ilə bağlı ciddi narahatlıq yaşanır.

Offsideplus.az xəbər verir ki, klub daxilində formalaşan qənaətə görə, fransalı hücumçunun əməliyyat olunması zəruri ola bilər.

Mənbələrin bildirdiyinə əsasən, tibbi heyət oyunçunun durumunu yaxından izləyir və yekun qərar yaxın günlərdə veriləcək. Əməliyyat baş tutarsa, Mbappenin müəyyən müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu vəziyyət Madrid təmsilçisinin mövsümün həlledici mərhələsi öncəsi planlarına ciddi təsir göstərə bilər.