“Borussiya Dortmund” klubu ilə “Real Madrid” arasında uzun illərdir davam edən yaxşı münasibətlərin olduğu bildirilir.
Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisinin transfer məsələlərində Madrid klubuna daim açıq davrandığı qeyd olunur.
Erlinq Haalandın “Mançester Siti”yə keçidi zamanı da Dortmund rəhbərliyi vəziyyətlə bağlı “Real Madrid”i mümkün qədər məlumatlandırıb.
Bu fakt iki klub arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin mövcud olduğunu bir daha göstərir.



