“Tottenhem Hotspur” klubu Premyer Liqanı tərk edəcəyi təqdirdə futbolçular maaş azaldılması ilə üzləşə bilər.

Offsideplus.az xəbər verir ki, əksər müqavilələrdə aşağı liqaya düşmə halında əməkhaqqının azaldılmasını nəzərdə tutan xüsusi maddə var. Bu azalma əksər hallarda təxminən 50 faiz təşkil edir.

Beləliklə, London təmsilçisi elitadan düşərsə, heyətdəki oyunçuların böyük hissəsinin qazancı yarıbayarı azalacaq.