"Fənərbağça"nın müdafiəçisi Nelson Semedo ötən gün keçirilən "Antalyaspor"la matçda sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, onun 4 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qeyd edək ki, "Fənərbağça"da hazırda Semedodan başqa Milan Şkrinyar, Çağlar Söyüncü, Edson Alvares və Anderson Taliska da zədəlidir.