“Mançester Yunayted”də baş məşqçi məsələsinə aydınlıq gəldi.
Offsideplus.az xəbər verir ki, Maykl Karrikin növbəti mövsümdən etibarən “Mançester Yunayted”in daimi baş məşqçisi olacağı gözlənilir. Bu gün klub rəhbərliyi ilə keçirilən uğurlu görüşdən sonra qərarın rəsmiləşməsi istiqamətində ciddi addım atılıb.
Məlumata görə, Kerrik 3 mövsümlük müqavilə imzalayacaq. Sazişdə əlavə 1 mövsümlük uzatma opsiyası da yer alacaq. Müqavilənin ümumi dəyərinin bonuslarla birlikdə 16 milyon funt sterlinq olacağı bildirilir.
Qeyd olunur ki, futbolçular və klub əməkdaşları onun işindən olduqca razıdır. Məhz bu amil rəhbərliyin qərarı sürətləndirməsində əsas rol oynayıb.



